TCMB-nin gözləntilər sorğusu açıqlandı

19 İyul 2019

Real sektor və maliyyə sektorundan 64 iştirakçının qiymətləndirilməsi ilə həyata keçirilən TCMB-nin gözləntilər sorğusu açıqlanıb.

TCMB-nin gözləntilər sorğusu açıqlandı

Real sektor və maliyyə sektoru nümayəndələri və mütəxəssislərindən ibarət 64 iştirakçının qiymətləndirilməsi ilə həyata keçirilən TCMB-nin gözləntilər sorğusu açıqlandı. 

Hesabata görə, əvvəlki tədqiqat dövründə iyul ayı üzrə istehlak qiymətləri indeksi gözləntisi 0.9% olduğu halda, bu araşdırma dövründə 1.3% qeyd olunub. Avqust ayında istehlak qiymətləri indeksi gözləntisi 0.91%-dən 0.85%-ə dəyişdirilib. Sentyabr ayı üçün istehlak qiymətləri indeksi proqnozları isə 1.4% olaraq açıqlanıb. 

Cari il üçün istehlak qiymətləri indeksi ehtimalları bir öncəki anketdə 15.9% idisə, bu anket dönəmində 15.0%-ə gerilədi. 12 ay sonra üçünsə istehlak qiymətləri indeksi ehtimalları 14.9%-dən 13.9%-ə düşüb.

2019 - cu ilin valyuta məzənnələrində USDTRY məzənnəsinin qiyməti 6.30TL-dən 6.14TL-yə dəyişdirilmişdir. 12 ay sonra üçün valyuta məzənnəsindəki gözlənti 6.64 hədlərindən 6.47 hədlərinə salınıb.

Ümumdaxili məhsulun həcmində 2019-cu ildə 0.04%-lik artım gözlənilsə də bu sorğuda ehtimallar - 0.02% olaraq göstərilir.