TCMB-nin qərarından sonra Lirə 4.56TL-ə kimi bahalaşdı

28 May 2018

Son zamanlar lirənin sürətli ucuzlaşmasının Türkiyə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması üçün TCMB sərt siyasətini gücləndirib.

TCMB-nin qərarından sonra Lirə 4.56TL-ə kimi bahalaşdı

Türkiyə Mərkəzi Bankı (TCMB) bazar ertəsi verdiyi rəsmi məlumata əsasən, 1 iyun 2018-ci ildən etibarən bir həftəlik repo faiz dərəcəsi (uçot faiz dərəcəsi) 16.5% təşkil edəcəkdir. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə bir həftəlik repo faizininə müvafiq olaraq 1.50%  aralığında müəyyən ediləcəkdir.  Qərarın icrasına kimi TCMB-nin bir həftəlik repo faiz dərəcəsi 8.00%, aşağı və yuxarı sərhədləri isə müvafiq olaraq 7.25 və 9.25% səviyyələrində qalacaqdır. Bununla yanaşı, "GLP" (gec likvidlik pəncərəsi) faizi də 16.50% səviyyəsində saxlanılıb. 


Məlumatın yayımlanmasından sonra lirə 4.56TL-ə kimi 3% bahalaşıb.


Qeyd etmək lazımdır ki, keçən həftə TCMB lirənin sürətli ucuzlaşmasının inflyasiyaya mənfi təsirinə qarşı tədbir olaraq "GLP" faiz dərəcəsini 3.5%-dən cari səviyyəyə yüksəltmişdir.