TCMB-nin qərarından sonra Lirə 4.94TL-ə kimi ucuzlaşdı

24 İyul 2018

Türkiyə Mərkəzi Bankı sərt monetar siyasətinin davam etdirilməsini vacib bilsə də, faiz artımına getmədi və lirə 4%-dən çox ucuzlaşdı.

TCMB-nin qərarından sonra Lirə 4.94TL-ə kimi ucuzlaşdı

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faizini gözləntilərin əksinə olaraq, dəyişməyərək 17.25% səviyyəsində saxlayıb. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 17.25% səviyyəsində saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 16.25 və 19.25%-dir.


Son zamanlar xərc indekslərində və qida qiymətlərində dalğalanma inflyasiyaya da öz təsirini göstərmişdir. Digər tərəfdən isə inflyasiyada artımın  bütün maddələr üzrə yayılması diqqət çəkir. Daxili tələbatın azalacağı nəzərə alınmaqla, inflyasiya  yüksək qiymətləndirilir. Bu səbəbdən bankın idarə heyəti sərt pul siyasətinin uzun bir müddət davam etdirilməsini lazım bilir. 


Mərkəzi bank qiymət dayanıqlığının təmin olunması üçün bütün imkanlarından istifadə edəcəkdir. İnflyasiyada stabillik müşahidə olunana qədər sərt monetar siyasət davam etdiriləcək. Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınmalıdır.


Qərarın yayımlanmasından sonra USD/TRY məzənnəsi 4.94TL-ə kimi 4% bahalaşıb.