"TCMB" sərt monetar siyasətinə davam edir

25 Aprel 2018

Türkiyə Mərkəzi Bankı gec likvidlik pəncərəsi faizini 12.75%-dən 13.50%-ə yüksəldib, lirənin qiyməti qısa müddət ərzində 4.03TL-ə kimi bahalaşıb.

"TCMB" sərt monetar siyasətinə davam edir

Türkiyə Mərkəzi Bankı (tr.: "TCMB")  "GLP" (gec likvidlik pəncərəsi) faizini 12.75%-dən 13.50%-ə yüksəldib. Maliyyə bazarlarında isə yalnız 13.25%-ə kimi artım proqnozlaşdırılırdı. Uçot faiz dərəcəsi isə 8.00%, faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri müvafiq olaraq, 7.25 və 9.25% səviyyələrində saxlanılıb.


"TCMB"-nin monetar siyasətini müəyyən edən qurumu açıqlamasında, yüksək inflyasiya və inflyasiya gözləntilərinin qiymət dinamikası üzərində təzyiqləri saxladığını bir daha bildirib. İdxal qiymətlərindəki artım burada riskləri daha da artırıb. Bu məqsədlə, ölkənin mərkəzi bankı pul siyasətində sərt siyasətinə davam etməkdədir. 


Bank qiymətlərin dinamikasında dayanıqlığın təmin edilməsi istiqamətində əlində olan bütün imkanlardan istifadə etməyə davam edəcəkdir. Belə ki, inflyasiya gözləntilərində müvəqqəti amillər istisna olmaqla, önəmli və hədəflərə yaxın inkişaf müşahidə edilənə kimi sərt monetar siyasət davam etdiriləcəkdir. Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınmalıdır.


Faiz qərarından sonra USD/TRY məzənnəsi 4.0800TL-dən 4.0350TL-ə kimi gerilədi. 


Qeyd etmək lazımdır ki, "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur.