Təbii qazda bahalaşma ehtimalları artır

12 Fevral 2019

Enerji bazarlarında təbii qazın 205% ucuzlaşmasından sonra yenidən dəstək görərək bahalaşa biləcəyi proqnozları 2.734$-ın qırılması ilə güclənə bilər.

Təbii qazda bahalaşma ehtimalları artır

Təbii qazın (NATG) qiymətində noyabr ayının 15-dən etibarən başlayan ucuzlaşma, keçən həftə ərzində 2.540$-a çataraq, son iki ilin minimumun yaxın səviyyələrində ticarət olunduqdan sonra yenidən bahalaşmağa başlayıb. Cari həftə ərzində isə bahalaşmanın gücləndiyinin şahidi oluruq. 


Təhlillərə əsasən, qiymət bazar ertəsinin müqavimət səviyyəsini 2.734$-ı qırarsa, bahalaşma 2.801 və 2.817$-a kimi də davam edə bilər.


Lakin qiymətin ticarət olunduğu həssas səviyyələri nəzərə alaraq, qeyd etmək lazımdır ki, qiymətin keçən həftənin dəstək səviyyəsini (2.540$-ı) aşağı istiqamətdə qırması ehtimalları da güclü olaraq qalır. Bundan sonra ucuzlaşma 2.461$-a kimi davam edə bilər. 


Qeyd etmək lazımdır ki, 2016-ci ilin mart ayında bahalaşmağa başlayan təbii qazın qiyməti, 2018-ci ilin noyabr ayında artıq 4.893$-a kimi 205% dəyər qazanmışdı. Bu müddət ərzində qiymət 2017-ci ildə korreksiyası zamanı, 2.517$-da önəmli dəstək səviyyəsi ilə qarşılaşmışdı.