Təbii qazın qiymətində bahalaşma imkanları yaranıb

08 Fevral 2019

Enerji bazarlarında təbii qazın 205% ucuzlaşmasından sonra yenidən dəstək görərək bahalaşa biləcəyi proqnozları treyderlər üçün yaxşı imkanlar vəd edir.

Təbii qazın qiymətində bahalaşma imkanları yaranıb

Təbii qazın (NATG) qiymətində noyabr ayının 15-dən etibarən başlayan ucuzlaşma, cari həftə ərzində 2.540$ ilə son iki ilin minimumun yaxın səviyyələrində ticarət olunur. 


2016-ci ilin mart ayında bahalaşmağa başlayan təbii qazın qiyməti, 2018-ci ilin noyabr ayında artıq 4.893$-a kimi 205% dəyər qazanmışdı. Bu müddət ərzində 2017-ci ildə qiymətin korreksiyası zamanı, 2.517$-da önəmli dəstək səviyyəsi ilə qarşılaşdı. Bu gün enerji bazarlarında təklif edilən qiymət isə bu səviyyəni qırmaq üzrədir. 


Lakin təhlillərə əsasən, qiymət sözügedən səviyyələrdə yenidən dəstək görərək, bahalaşmağa başlaya bilər. Bunu eniş dalğasının dinamikasında müşahidə edilən zəifləmə də deməyə əsas verir. 


2.571$-a təklif edilən təbii qazın qiymətində cari eniş dalğası, 2.461$-a kimi davam edə bilər. Bunun həftənin minimum səviyyəsi - 2.540$ aşağı istiqamətdə qırılmalıdır. 


Artım istiqamətində isə treyderlər qısa müddətli perspektivdə 2.708$-ın qırılmasını gözləyirlər. Bundan sonra bahalaşma 2.817$-a kimi davam edə bilər.