Təbii qazın qiymətində bahalaşma

11 Fevral 2019

Enerji bazarlarında təbii qazın 205% ucuzlaşmasından sonra yenidən dəstək görərək bahalaşa biləcəyi proqnozları treyderlərin diqqət mərkəzində.

Təbii qazın qiymətində bahalaşma

Təbii qazın (NATG) qiymətində noyabr ayının 15-dən etibarən başlayan ucuzlaşma, keçən həftə ərzində 2.540$-a çataraq, son iki ilin minimumun yaxın səviyyələrində ticarət olunduqdan sonra yenidən bahalaşmağa başlayıb.


2016-ci ilin mart ayında bahalaşmağa başlayan təbii qazın qiyməti, 2018-ci ilin noyabr ayında artıq 4.893$-a kimi 205% dəyər qazanmışdı. Bu müddət ərzində qiymət 2017-ci ildə korreksiyası zamanı, 2.517$-da önəmli dəstək səviyyəsi ilə qarşılaşdı. Bu gün enerji bazarlarında təklif edilən qiymət isə bu səviyyəni qırmaq üzrə olsa da yeni həftəyə bahalaşma ilə başlayıb. 


Təhlillərə əsasən, qiymət 2.708$-ı qırarsa, bahalaşma 2.817$-a kimi davam edə bilər.


Lakin qiymətin ticarət olunduğu həssas səviyyələri nəzərə alaraq, qeyd etmək lazımdır ki, qiymətin keçən həftənin dəstək səviyyəsini (2.540$-ı) aşağı istiqamətdə qırması ehtimalları da güclü olaraq qalır. Bundan sonra ucuzlaşma 2.461$-a kimi davam edə bilər.