Tereza Meylə Yunkerin görüşü diqqət mərkəzində

18 Fevral 2019

Dünya birjalarında Breksit fonunda müsbət danışıqlara dair xəbərlər yayılıb və İngiltərə baş nazir ilə AB komissiyasının sədrinin görüşü gözlənilir.

Tereza Meylə Yunkerin görüşü diqqət mərkəzində

Britaniya hökümət nümayəndəsi Lidinqton açıqlayıb ki, hökumət Brüsseldə bir neçə faydalı danışıqlar aparıb. Bazar hazırda baş nazir Tereza Meylə Avropa Birliyi komissiyasının hazırki sədri  Yunkerin görüşünün nəticələrini gözləyir.


Dünya birjalarında hal-hazırda 1.29 səviyyələrində ticarət olunan GBP/USD maliyyə aləti üçün 1.2940 səviyyəsi vacib hədd hesab edilir ki, qiymətin bu səviyyənin üzərində möhkəmlənməsi, funtun 1.2995 və 1.3047$-a kimi bahalaşma ehtimallarını gücləndirə bilər.