"Tesla" 2020-ci ildə avtonom taksi xidmətinə başlayacaq

23 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında "Tesla" səhmlərinə müsbət təsir edə biləcək xəbər şirkət prezidenti Elon Maskdan gəlib.

"Tesla" 2020-ci ildə avtonom taksi xidmətinə başlayacaq

Teslanın sədri Elon Maskın planlarına əsasən, elektron avtomobillərdən ibarət "Robotaxi"-lər istehsal etmək niyyətindədir. Maskın çərşənbə axşamı açıqladığı fikirlərinə görə, gələn il dövlət idarələrinin icazəsi ilə bəzi ərazilərdə bucür xidmətin verilməsinə başlanıla bilər. 


2016-ci ildə ictimaiyyətə təqdim edilən "Tesla Network" ideyasına əsasən, sahibləri istifadəsi lazım olmayanda avtomobillərini avtonom taksi istifadəsinə istiqamətləndirə biləcəklər. Tesla bu platformaya özü istehsal etdiyi avtomobillərini də əlavə etmək istəyir. 


Mask vaxt planı ilə digər avtomobil istehsalçıları ilə müqayisədə daha nikbindir. Ford "Robotaxi" xidmətini Miami və Vaşinqtonun bəzi ərazilərində 2021-ci il üçün planlaşdırır. "Google"-un qız şirkəti "Waymo" bir neçə ay bundan öncə Finiks şəhərində avtonom idarə olunan avtomobillərlə xidmətinə başlayıb. Lakin tədbirli davranaraq, sükanda təhlükəsizlik sürücüləri də əyləşib. 


Teslanın səhm qiyməti hal-hazırda dünya birjalarında 262.68$-a ticarət edilməkdədir. 


Image title