Texas markalı neftin qiymətində artım ehtimalları

08 Fevral 2019

Beynəlxalq enerji bazarlarında "OILUS" maliyyə alətində alış əməliyyatları üçün imkanların yaranması, treyderlərin diqqət mərkəzindədir.

Texas markalı neftin qiymətində artım ehtimalları

Texas markalı (OILUS) neftin qiyməti bu həftənin bazar ertəsindən etibarən 55.65$ səviyyəsindən 51.76$ səviyyəsinədək ucuzlaşıb və hal-hazırda neftin bir bareli 52$ səviyyəsinin üzərində ticarət olunur.


Qiymət 53.10$ səviyyəsini yuxarı istiqamətdə qırarsa, 54.20$ və 55.40$ həddlərinədək bahalaşa bilər.


Qiymət lokal dəstək - 51.31$ həddini aşağı istiqamətdə qırıb və bu səviyyənin altında qalarsa, qiymətin önəmli dəstək - 50.35$ səviyyəsinədək ucuzlaşması proqnoz olunur.