Texnologiya şirkətləri yeni gömrük rüsumlarına qarşı

21 İyun 2019

Dünya birjalarında Amerika hökümətinin ticarət siyasətinin Çinə təsir etmədiyi və yerli şirkətlərə daha çox zərər verdiyi açıqlamaları diqqət mərkəzində.

Texnologiya şirkətləri yeni gömrük rüsumlarına qarşı

"Apple" və "Microsoft" kimi texnologiya şirkətləri Çində hazırlanan məhsullarını növbəti ABŞ gömrük rüsumlarına qarşı qorumağı planlaşdırırlar. "CNN"-nin verdiyi cümə axşamı xəbərə əsasən, şirkətlər Donald Tramp hakimiyyətindən istisna xahiş edəcəklər. 


Ağ ev bugünə kimi ticarət böhranı zamanı gömrük rüsumlarına daxil edilməyən və Çindən idxal olunan məhsullara qarşı da gömrük rüsumlarını 25%-ə yüksəltmək istəyir. Bu plan isə istehlak xərclərini artıracaq və ya şirkətlərin gəlirlərini azaldacaqdır. 


Yeni gömrük rüsumlarına daxil ediləcək məhsullar koftadan dizüstü kompüter və canlı heyvanlara kimi aid ediləcəkdir. Bu həcmin 300 milyard dollara çatacağı məlumat verilir. Bununla yanaşı, "HP Inc", "Intel", "Dell", "Sony" və "Nintendo" da Amerika hökümətindən istisna hal istəyəcəklər. 


"Apple" yazısında təqribən 20 məhsulunu və ABŞ-da ən böyük vergi ödəyicisi olmaqla yanaşı, 20 milyondan çox iş yerlərini qoruduğunu vurğulayır. 


"Rəqib olduğumuz Çin istehsalçıları ABŞ bazarında böyük rol oynamırlar və gömrük rüsumlarından təsir görməyəcəklər. Bu səbəbdən bu addım qlobal rəqabətçilərə fayda verəcəkdir", deyə şirkət əlavə edir. 


"Apple" ABŞ bazarı üçün nəzərdə tutulan "IPhone" modellərinin istehsalını Vyetnama köçürməyi də planlaşdırır.