Ticarət böhranın həllində maraqlı tərəflər artır

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında danışıqların yenidən bərpa oluna biləcəyi ehtimalları artıb.

Ticarət böhranın həllində maraqlı tərəflər artır

Almaniyanın maliyyə naziri Olaf Şolç həftə sonu Yaponiyanın Fukuoka şəhərində baş tutan G20-nin maliyyə nazirləri toplantısı fonunda verdiyi açıqlamasında bildirib ki, Çin və ABŞ da daxil olmaqla, iştirakçı ölkələrin hamısı, cari gərginliyin dəf edilməsində maraqlıdırlar. 


Şolç toplantıda bunun baş verəcəyi əminliyinə sahib olub. Vaxtını bilməsə də Osaka bunun üçün əlverişli platforma hesab edilir. 


İyun ayının 8 və 9-da baş tutan maliyyə nazirlərinin toplantısında yaranmış təəssüratlara görə, Amerikalılar öz cəsarətlərindən ehtiyat etməyə başlayıblar. Bunu göstərən işarələr artmaqdadır. Belə ki, ABŞ tərəfindən iştirak edən nümayəndə heyəti bu dəfə mehriban və açıq davranışları ilə seçiliblər. Bu Donald Trampın prezidentliyi dövründə ilk müşahidə edilən hadisədir. Bununla yanaşı, digər ölkə nümayəndələrinin tez-tez onların özlərini və dünya iqtisadiyyatına zərər verdiklərinə inandırmağa çalmaları da bezdirməyə başlayıb. 


Lakin bu prosesdə önəmli olan ABŞ iqtisadiyyatının hökümətə qarşı təzyiqlərinin artmasıdır. Şirkət rəhbərləri ilə yanaşı, artıq investorlar da qısa və uzun müddətli perspektivdə zərərlərdən narahat olmağa başlayıblar. 


Bununla yanaşı, Donald Trampın açıqlamalarında mənfi istiqamətli kəskin reaksiya və dəyişiklərin ehtimalı da yüksək olaraq qalmaqdadır.