Tikinti sektorunda durğunluq davam edir

02 Aprel 2019

Böyük Britaniyanın tikinti sektorunda işgüzar aktivlik ilə bağlı böyük maraqla izlənilən göstərici artım ilə açıqlansa da proqnozlaşdırılandan zəif olub.

Tikinti sektorunda durğunluq davam edir

Böyük Britaniyanın tikinti sektorunda işgüzar mühitdə böhran qalmaqdadır. Markit araşdırma mərkəzinin çərşənbə axşamı açıqladığı məlumatlara əsasən, Böyük Britaniyanın tikinti sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") mart ayında 49.7 punkta kimi 0.2 punkt artıb. Mütəxəssislər göstəricinin yalnız 49.8 punkta kimi artacağını proqnozlaşdırırdılar. 


Beləliklə, göstərici həm artsa da hələ də durğunluq səviyyəsindədir, həm də proqnozlardan zəif açıqlanıb ki, bu, böhranın daha da dərinləşə biləcəyinə işarədir. 


Göstərəci 2018-ci ilin avqust ayından etibarən azalaraq, 2019-ci ilin fevral ayında təqribən son 4 ilin minimum səviyyəsinin (2015-ci ilin aprel ayından)  ən aşağı səviyyəsinə düşməklə, böhran səviyyəsinə çatdı. Mütəxəssislər göstəricinin yalnız 50.5 punkta kimi azalacağını proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.