Tikinti sektorunda durğunluq son 10 ilin minimumunda

02 İyul 2019

Böyük Britaniyanın tikinti sektorunda aktivliyi ölçən və böyük maraqla izlənilən göstərici daha da azalaraq, 2009-cu ildən ən aşağı səviyyəsinə çatıb.

Tikinti sektorunda durğunluq son 10 ilin minimumunda

Böyük Britaniyanın tikinti sektorunda işgüzar mühitdə böhran davam edir. Markit araşdırma mərkəzinin çərşənbə axşamı açıqladığı məlumatlara əsasən, Böyük Britaniyanın tikinti sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") iyun ayında 43.1 punkta kimi 5.5 punkt azalıb. Mütəxəssislər isə göstəricinin 49.3 punkta kimi artacağını proqnozlaşdırırdılar. 


Beləliklə, göstərici durğunluq səviyyəsindədir, həm də proqnozlardan zəif açıqlanıb ki, bu, böhranın daha da dərinləşə biləcəyinə işarədir. 


Göstərici 2014-cü ilin mart ayından etibarən azalaraq, son 10 ilin minimum səviyyəsinin (2009-cu ilin iyun ayından) ən aşağı səviyyəsinə düşüb. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.