Tikinti sektorunda son 11 ilin ən pis göstəricisi

06 Aprel 2020

İngiltərənin tikinti sektorunda işgüzarlıq gözləniləndən çox azalıb.

Tikinti sektorunda son 11 ilin ən pis göstəricisi

"Markit" araşdırma mərkəzinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, mart ayında İngiltərənin tikinti sektorunda biznes aktivliyini ölçən indeks 39.3 punkta düşüb. Mütəxəssislər isə yalnız 44 punkta kimi azalma proqnozlaşdırırdılar. 

Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%).

Qeyd etmək lazımdır ki, son göstərici təqribən son 11 ilin minimumudur.