Tramp: AB məhsullarına rüsum tətbiq ediləcək

09 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə AB arasında ticarət münasibətlərin pozulmasına dair xəbər açıqlanıb.

Tramp: AB məhsullarına rüsum tətbiq ediləcək

ABŞ prezidenti Donald Tramp tvitter hesabında Avropanın 11 milyard dollar dəyərində məhsullarına gömrük rüsumları tətbiq edəcəyini yazıb. Bu, AB-nin "Airbus" subvensiyaları ilə əlaqədardır. 


Dünya ticarət təşkilatı AB-nin Airbusa ayırdığı subvensiyaların Birləşmiş Ştatlara mənfi təsir etdiyini görür və bundan sonra da AB-nin 11 milyard dollar dəyərində məhsullarına rüsumlar tətbiq ediləcəkdir! AB illərdir ABŞ ilə ticarətdən qazanır. Buna artıq son qoyulacaqdır", deyə Tramp tvitter hesabında yazıb.