Tramp AMB siyasətini tənqid etdi

18 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidenti Donald Trampın Avropa mərkəzi bankını sərt tənqid etməsi investorların diqqət mərkəzində.

Tramp AMB siyasətini tənqid etdi

ABŞ prezidenti Donald Tramp Avropa mərkəzi bankının (AMB) monetar siyasətini sərt tənqid edib. "Mario Draqi indi bəyan etdi ki, əlavə dəstək tədbirləri görülə bilər və avronu dollara qarşı daha da ucuzlaşdıra bilər", deyə Tramp Tvitter hesabında yazdıb. 


Tramp əlavə edir ki, bu, onlara ABŞ ilə rəqabətdə vəziyyəti asanlaşdırır: "Belə eləməklə, Çin və başqa dövlətlər ilə illərdir uğur qazanırlar".