Tramp: Neft çox bahalaşır

28 Mart 2019

Beynəlxalq enerji birjalarında Amerika prezidentinin açıqlamalarından sonra neft qiymətləri ucuzlaşmağa başlayıb.

Tramp: Neft çox bahalaşır

ABŞ prezidenti Donald Trampın açıqlamasından sonra enerji birjalarında neft qiymətləri yenidən ucuzlaşmağa başlayıb. 


"OPEC-in neft kranını bağlaması önəmlidir. Dünya birjaları həssasdır və neft çox bahalaşır. Çox sağolun!", deyə Tramp tivitter hesabında paylaşım edib.


Avropanın Brent nefti iki gündür 66.53$-a kimi 2.6% ucuzlaşıb.