Tramp: "Çevrilişin" qurbanı olmuşam

02 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika höküməti ətrafında siyasi risklərin artması, iqtisadi qeyri-müəyyənliyi də artırır.

Tramp: "Çevrilişin" qurbanı olmuşam

ABŞ prezidenti ona qarşı impiçment siyasətini "Çevriliş" adlandırıb. Donald Tramp çərşənbə axşamı Tvitter hesabında söhbətin seçki saxtakarlığı və vətəndaşların hakimiyyətinin əllərindən alınmasından gedir: "Hər gün yaşadıqlarıma əsasən deyə bilərəm ki, hazırda baş verənlər impiçment deyil, bir ÇEVRİLİŞDİR". 

Qeyd etmək lazımdır ki, Demokratlar partiyası parlamentin aşağı palatasında keçən həftə Ukrayna əlaqələrinə görə impiçmentə hazırlıq təklif ediblər.