Tramp Çin haqqında: 500 milyard itiririk. Olmaz!

06 May 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında münasibətləri yenidən gərginləşdirən xəbərlər investorların diqqət mərkəzində.

Tramp Çin haqqında: 500 milyard itiririk. Olmaz!

"ABŞ illərdir ticarətdə hər il 600-800 milyard dollar itirir. Çin ilə biz 500 milyard dollar itiririk. Təəssüf edirəm, amma buna artıq davam etməyəcəyik!", deyə Donald Tramp bu gün tvitter hesabında paylaşım edib. 


Qeyd etmək lazımdır ki, Amerika prezidenti Çindən idxal olunan məhsullara tətbiq edilən 10%-lik rüsumları cümə günü 25%-ə qaldıracağını bəyan etmişdi. "ABŞ-da ödənilən gömrük rüsumları istehsal xərclərinə az təsir edib və daha çox Çinin üzərinə düşür. Çin ilə danışıqlar davam etsə də çox yavaşdır və yeni müzakirələrə cəhd edirlər. Yox!", deyə Tramp əlavə etmişdi.