Tramp: Çin saziş üçün tələsir

12 İyun 2019

Dünya maliyyə bazarlarında diqqət mərkəzində olan ABŞ-ın Çin, Meksika və Şimali Koreyaya münasibəti fonunda Tramp yenidən maraqlı açıqlamalar verib.

Tramp: Çin saziş üçün tələsir

Donald Tramp çərşənbə axşamı Vaşinqtonda verdiyi açıqlamasında G20 zirvə toplantısında Çin prezidenti Si Tsinpinlə görüşə hazırlaşdığını və Şimali Koreya lideri Kin Yonq Un-dan "gözəl məktub" aldığını bildirib. 


Kimin sözündə dayandığını və ölkəsinin nüvə və uzun mənzilli raket sınaqları keçirmədiklərini deyən Tramp, Şimali Koreyaya böyük münasibət bəslədiyini və "inanılmaz potensiala" sahib olduqlarını vurğulayıb. "Müsbət hadisələrin olacağını gözləyirəm", deyə ABŞ prezidenti əlavə edib. 


Ticarət sazişinin reallaşmasını Sinin uzatmasına baxmayaraq, Çinin təcili olaraq razılaşmaya ehtiyacları vardır. 


Meksika ilə münasibətləri də şərh edən Donald Tramp, iki tərəf arasında razılaşmanı açıqlamaq üçün Meksika tərəfini gözlədiyini deyib.