Tramp divarın tikintisi və yeni siyasi böhran

15 Fevral 2019

ABŞ höküməti tərəfindən verilən yeni açıqlamalar, siyasi riskləri yenidən artıra bilər və hadisələr beynəlxalq maliyyə bazarlarında da diqqətlə izlənilir.

Tramp divarın tikintisi və yeni siyasi böhran

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə tikməyə çalışdığı divar fonunda fövqəladə vəziyyət elan etməyi planlaşdırır. 


Prezindetin mətbuat katibi Sarah Sandersin cümə axşamı verdiyi məlumata əsasən, Ağ ev konqresin razılaşdırdığı şərtlərə uyğun büdcə planı imzalayacaqdır. Lakin bununla yanaşı, Tramp divarın tikintisi üçün lazımi vəsaitin toplanması üçün fövqəladə vəziyyət də elan etməyi planlaşdırır.


Konqres Trampın tələb etdiyindən daha az vəsait ayırmağa razılaşıb. Bu, növbəti dəfə dövlət idarələrinin bağlı qalmasının (ing.: "Government Shutdown") qarşısını alsa da sərhəddə divarın tikilməsi mübahisələrini fövqəladə vəziyyətin elan edilməsi ilə yenidən kəskinləşə bilər.