Tramp dollar intervensiyasına gedə bilər

26 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ hökümətinin ucuz dollar siyasəti istiqamətində addımlar investorlar tərəfindən böyük maraqla izlənilir.

Tramp dollar intervensiyasına gedə bilər

Amerika bankının (ing.: "Bank of America", "BoA") verdiyi açıqlamaya əsasən, ABŞ prezidenti Donald Tramp gələcəkdə dolları ucuzlaşdırmaq qərarı verə bilər. 


Tramp dayanıqlılıq şüarı altında valyuta intervensiyasında gedə bilər. Amerika mərkəzi bankınn (FED) uçot faizinin azaldılması qərarı təsirli olmasa, valyuta bazarına müdaxilə ehtimalı artacaqdır. 


Bankın verdiyi məlumatda maliyyə naziri qərar verdikdən sonra FED icrasına başlaya bilər və nəticədə dollarlar satılacaq, xarici valyuta alınacaqdır. 


Qeyd etmək lazımdır ki, ABŞ iqtisadiyyatı ötən il 2,9 faiz inkişaf edib, lakin ilin sonuna doğru ciddi şəkildə durğunluq yaranıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı iki ildə ABŞ-ın ümum daxili məhsulu azalacaq. 


Tramp hesab edir ki, dollar ucuzlaşacaqsa, bu, xarici ölkələrin ABŞ məhsullarını almasını təşviq edəcək.