Tramp: Faizlər daha çox və daha sürətlə endirilməlidir

08 Avqust 2019

ABŞ Prezidenti Donald Tramp sosial media vasitəsi ilə ABŞ Mərkəzi Bankını tənqid etməyə davam edir.

Tramp: Faizlər daha çox və daha sürətlə endirilməlidir

ABŞ prezidenti Donald Tramp FED-in faiz dərəcələrini daha sürətli və daha çox azaltmalı olduğunu söylədi. Tramp sosial mediadakı dəyərləndirməsində "3 ölkə faiz dərəcələrini daha çox azaltdı. Bizim problemimiz Çin deyil. Çinin iqtisadi geriləmə yaşadığı bir dönəmdə biz hər zaman olduğundan daha güclüyük. Bizim problemimiz FED-dir. Faiz dərəcələrini daha çox endirməli və mənasız sərt monetar siyasəti dərhal dayandırmalıdırlar. Gəlir əyrisi çox geniş bir marjaya malikdir və inflyasiya yoxdur. Biz hər bir halda böyük qazanclar əldə edəcəyik. Lakin FED digər ölkələrlə rəqabət apardığımızı başa düşsəydi, daha asan olardı", deyə deyib. 

Ağ Evin ticarət müşaviri Peter Navarro dünən FED-in faiz dərəcələrini daha çox endirməsi gərəkdiyini açıqlamışdır. 

Bundan başqa Çikaqo Mərkəzi Bankının sədri Çarles Evans ticarət savaşlarının gərginləşməsi Amerika iqtisadiyyatında daha kəskin geriləməyə səbəb olarsa,  FED-in keçən həftə etdiyindən daha çox şey etməli olduğunu söylədi. 

Evans 2%-lik hədəf inflyasiyasına çata bilmək üçün FED-in faiz dərəcələrini ən azı əlavə 0.25% endirməsi gərəkdiyini vurğuladı.