Tramp: FED işini bacarmır

11 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidenti Donald Trampın dollar və FED ilə bağlı açıqlamaları treyderlər tərəfindən maraqla qarşılanıb.

Tramp: FED işini bacarmır

Amerika prezidenti Donald Tramp Amerika mərkəzi bankının (FED) pul-kredit siyasətini yenidən sərt tənqid edib: "Onlar heçnə bacarmır", deyə Tramp Tramp çərşənbə axşamı tvitter hesabında paylaşım edib. "Faizlər çox yüksəkdir", deyə Tramp əlavə edib və kəmiyyət azaldılmasını da gülünc hesab edir. Bununla da prezident payız ayına kimi balansın azaldılması siyasətinə işarə edir. Bu tədbir maliyyə bazarlarında siyasətin ehtiyatlı sərtləşdirilməsi kimi qiymətləndirilir. 


Trampın tənqidlərinə səbəb isə "Bloomberg"-in yayımladığı məqalədir. Məqalədə Avropanın böyük şəhərlərinə yüksək turist axınlarının yaratdığı problemlər haqqındadır. Səbəb kimi onlayn platformalar ilə özəl kirayə mənzil imkanlarının atması göstərilir. 


Tramp isə Avropa ölkələrinə turizm axınını baha dollar ilə əlaqələndirir. "Bunun səbəbi avro və digər valyutaların dollar qarşısında dəyər itirməsidir və ABŞ bundan çox itirir", deyə narazı prezident FED-i sərt siyasəti fonunda günahlandırır.