Tramp FED siyasətini tənqid etdi

04 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidenti yenidən mərkəzi bankın sərt siyasətini tənqid etməsi ilə gündəmə gəlib. O, dolların baha olduğunu bildirib.

Tramp FED siyasətini tənqid etdi

ABŞ prezidenti Donald Trump ötən həftə çıxışında dollar məzənnəsini çox yüksək səviyyədə olduğunu dedi və "faiz dərəcələrini artırmağı sevən" Fed sədri Jerom Poveli tənqid etdi.


ABŞ prezidenti ötən həftə sonu mühafizəkar fəallar konfransında (CPAC) "Mən istəyirəm ki, dollar bizim ölkəyə fayda versin"  və "istəmirəm ki yüksək kurs bizə başqa ölkələr ilə ticarətə mane olsun" deyə açıqlama verdi.


Bundan sonra Donald Tramp dərəcələri yüksəltmək istəyən Fedin siyasətini tənqid etdi. O deyir ki, FED bahalı dolları sevir və bunun üçün faiz artımlarına gedir. Donald Trampın fikrincə, "ümumiyyətlə, heç bir inflyasiya yoxdur və bu tariflər əsassızdır. Fedin faiz artımları olmasaydı, dollar bir qədər aşağı olardı".


Lakin ABŞ prezidentinə görə, ABŞ iqtisadiyyatı Fedin siyasətinə baxmayaraq, "görünməmiş bir inkişaf" yaşayır. Digər ölkələrdə isə hər şey çox pisdir və bu, ABŞ iqtisadiyyatının inkişafına mane olur.


Xatırladaq ki, yanvar ayında Fed  faiz dərəcəsini 2.25%-2.50% aralığında saxladı. Praqnozlara görə, mart ayında da ABŞ mərkəzi bankı faiz dərəcəsini stabil saxlayacaq.


Konqresdə bu həftə danışan Fed sədri Jerom Povel öz çıxışında monetar pul siyasəti mövzusunda "səbr" tətbiq etməsi lazım olduğunu təkrarladı.