Tramp FED üçün iki namizəd irəli sürüb

03 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidentinin FED-in siyasətinə təsir etməsi ilə bağlı xəbərlər faiz azaldılması ehtimallarını daha da artırır.

Tramp FED üçün iki namizəd irəli sürüb

ABŞ prezidenti Donald Tramp iki iqtisadi mütəxəssisin Amerika mərkəzi bankının (FED) idarə heyətində iki boş yer üçün namizədliyini verib: Cudi Şelton və Kristofer Valler. Bu haqda məlumatı prezident Tvitter hesabında paylaşıb. 


Namizədlər Senat tərəfindən təsdiq edilməlidir. Gözləntilərə əsasən, hər iki şəxs Trampın pul-kredit siyasətinin yumşaldılması tələbinə dəstək olacaqlar. 


Qeyd etmək lazımdır ki, Tramp sonuncu dəfə FED-i sərt tənqid etmişdi. Hökümət mərkəzi bankı işini bacarmamasında ittiham edir və uçot faiz dərəcələrini çox yüksək olduğunu vurğulayır. Arqumentlərə əsasən, monetar siyasət yumşaldılacağı təqdirdə, inkişaf sürəti 1%-ə kimi arta bilər. 


Maliyyə bazarlarında Trampın özünün təklif etdiyi Jerom Poveli FED sədrliyindən çıxarmağın hüquqi imkanlarını artardığı xəbərləri də yayılmaqdadır.