Tramp ilə Kim arasında görüş uğursuz oldu

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında investorlar tərəfindən diqqətlə izlənilən ABŞ-Şimali Koreya liderlərinin görüşü fonunda mənfi xəbərlər yayılıb.

Tramp ilə Kim arasında görüş uğursuz oldu

Şimali Koreya lideri Kim Yonq Un bütün sanksiyaların aradan qaldırılmasını istəyib. Lakin Tramp cümə axşamı vaxtından tez bitən görüşü şərh edərkən bildirib ki, biz bunu edə bilməzdik. 


Şimali Koreya nüvəsizləşməyə hazır idilər, lakin ABŞ-ın tələb etdiyi formada yox, deyə Tramp əlavə edib. Bu da məsafənin yaranmasına səbəb kimi göstərilib.


Dünyada siyasi risklərin artması, iqtisadi risklərin və qeyri-müəyyənliyin də artmasına və beləliklə, gözləntilərin azalmasına səbəb olur.


Qeyd etmək lazımdır ki, bu gün iki günlük görüş fonunda birgə bəyannamənin açıqlanması gözlənilirdi. Lakin görüş tez bitib.