Tramp: İngiltərə ilə ticarət sazişində maraqlıyıq

14 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla izlənilən Breksit prosesi zamanı, Donald Tramp maraqlı təklifi ilə investorların diqqətini çəkib.

Tramp: İngiltərə ilə ticarət sazişində maraqlıyıq

Breksit prosesinin davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp ölkəsi ilə İngiltərə arasında ticarət sazişini təklif edib. Bu haqda cümə axşamı prezident tvit hesabında paylaşım edib: "Təmsil etdiyim hökümət İngiltərə ilə ticarət sazişi imzalamaqda maraqlıdır. Potensial sonsuzdur!". 


Qeyd etmək lazımdır ki, xəbər bu gün İngiltərə parlamentində keçirilməsi planlaşdırılan Breksit səsverməsinə bir neçə saat qalmışa təsadüf edir.