Tramp İrana qarşı sanksiya tətbiqinə qərar verdi

19 Sentyabr 2019

Trampın müraciəti Səudiyyə səlahiyyətliləri tərəfindən dəstəklənib və təcavüz qüvvələrinə qarşı çıxmağa davam edəcəklərini bildiriblər.

Tramp İrana qarşı sanksiya tətbiqinə qərar verdi

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Səudiyyə Ərəbistanında neft infrastrukturuna edilən hücumun arxasında İranın dayandığına dair əlamətlərin olduğunu və bunun İrana qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsini ABŞ Xəzinədarlığından istəməsi üçün kifayət etdiyini Tvitterdə bildirdi.

"Mən sadəcə ABŞ Maliyyə Nazirinə göstəriş verdim ki, İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırsın!" deyə Tramp yazıb.

Bununla "ABŞ rəhbərliyinin İran rejimi və terror təşkilatlarının təcavüzünü görünməmiş bir şəkildə qarşıladığını" ifadə edən Tramp, Səudiyyə səlahiyyətliləri tərəfindən dəstəkləndi. 

Krallığın müdafiə nazirinin müavini Şahzadə Xalid ibn Salman yazırdı: "Biz prezidentə mövqeyinə görə təşəkkür edirik və biz ABŞ ilə birlikdə təcavüz qüvvələrinə qarşı çıxmağa davam edəcəyik".