Tramp maliyyə sənədləri tələblərinə qarşı çıxır

23 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümətinə qarşı siyasi təzyiqlərin davam etməsi investorların diqqət mərkəzində və bu, riskləri də artırır.

Tramp maliyyə sənədləri tələblərinə qarşı çıxır

Donald Tramp demokratların konqresdə prezidentin maliyyə sənədlərinə baxış icazəsi almaq cəhdinə məhkəmə yolu ilə qarşı çıxıb. Vəkillər və Tramp təşkilatı bazar ertəsi demokratların tələblərinə qarşı iddia ərizəsi təqdim ediblər. 


Hüquqşünaslar bu tələbin qanuna zidd olduğunu bildirir və demokratları Trampa qarşı siyasi müharibə aparmaqla ittiham edirlər. "Prezident ilə birgə işləmək əvəzinə, ona zərər verə biləcək səbəblər axtarırlar", deyə iddia ərizəsində yazılıb. Bu addım Donald Trampın prezident kimi yox, vətəndaş haqqını tələb etməsi kimi qiymətləndirilir. 


Qeyd etmək lazımdır ki, konqresin aşağı palatasında demokratlar say üstünlüklərindən istifadə edərək, Trampa qarşı araşdırmaları intensivləşdiriblər. Nəzarət komitəsinin sədri isə bu mövzu ilə əlaqədar olaraq, Trampın və şirkətinin uzun müddət mühasibatlıqda birgə işlədiyi şirkətdən hesabat istəyib.