Tramp Meksikanı gömrük rüsumları ilə təhdid etdi

05 Aprel 2019

ABŞ prezidenti Meksika ilə gərgin münasibətlər fonunda sərhədlərin bağlanması əvəzinə avtomobil idxalına gömrük rüsumlarının tətbiqi ilə təhdid edib.

Tramp Meksikanı gömrük rüsumları ilə təhdid etdi

Donald Tramp cümə axşamı Ağ evdə Meksika hökümətinin immiqrasiya etmək istəyən miqrantların və narkotik qaçaqmalçılığın qarşısını almalı olduğunu deyib. 


Bunun üçün isə qonşu ölkəyə bir il vaxt qoyulub və bu vaxt səmərəli istifadə olunmadığı təqdirdə Amerikaya idxal olunan avtomobillərə rüsumların tətbiq ediləcəyi bəyan edilib. 


"Bu da fayda verməyəcəyi təqdirdə sərhədləri bağlayacağıq", deyə Tramp əlavə edib.