Tramp: Mərkəzi bankda "axmaqlar" işləyir

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika prezidentinin ABŞ-da faiz dərəcələrinin yüksək olmasına dair fikirləri investorların diqqət mərkəzindədir.

Tramp: Mərkəzi bankda "axmaqlar" işləyir

ABŞ prezidenti Donald Trampın Amerika Mərkəzi Bankına (FED) qarşı hücumları getdikcə güclənir. Belə ki, çərşənbə günü Tramp mərkəzi bank işçilərini "Axmaq" adlandırıb. Mərkəzi bank sədir Jerom Povel və əməkdaşları çox "safdırlar". Bu fikirlərini prezident Amerikada faizlərin yüksək olması ilə əlaqələndirib və bunun səbəbini mərkəzi bankda görür. 

Prezident mərkəzi bankdan uçot faizini sıfıra və ya daha çox endirməyi tələb edib. Bundan sonra isə borcları geri qaytarmaq lazımdır. Amerikanın 22 trilyon dollardan çox dövlət borcu vardır. Povelin sadəlövlüyü üzündən Amerika başqa dövlətlərin etdiklərini edə bilmir. Trampın fikirlərinə əsasən, daha aşağı faizləri geri ödəmək imkanını Amerika "Axmaqlar" üzündən əldən verib. 

Qeyd etmək lazımdır ki, ABŞ-da faiz dərəcələri sənaye ölkələri arasında ən yüksəyidir və bunun əsas səbəbi FED-dir. Faizlərin yüksək olmasına digər səbəblər isə yüksək inkişaf səviyyəsi və inflyasiyadır.