Tramp milyonlarla miqrantın deportasiyasını elan edib

18 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Tramp hakimiyyətinin Meksika ilə icazəsiz miqrant axının qarşısını almaq siyasətinin uğurlarına dair xəbərlər yayımlanır.

Tramp milyonlarla miqrantın deportasiyasını elan edib

ABŞ prezidenti Donald Tramp ölkədə yaşayan milyonlarla icazəsi olmayan miqrantların deportasiyasını bəyan edib. Polis və gömrük idarəsi "ICE" artıq gələn həftə işə başlayacaqdır, deyə Tramp Tvitter hesabında məlumat verib: "Onlar gəldikləri kimi tez də qaytarılacaqlar". 


Bununla yanaşı, prezident Meksikanı tərifləyib: "Cənub qonşumuz ABŞ-a gəlmək istəyənlərin qarşısını almaqla yaxşı iş görür". 


Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında təqribən on bir milyon icazəsiz insanın yaşayır. Tramp hakimiyyəti dövründə isə onlara qarşı sərt qaydalar tətbiq edilməyə başlanılıb. Tramp özü isə Meksikaya qarşı gömrük rüsumlarının artırılması ilə miqrantların qarşısını ölkəsində alması üçün təhdid etmişdir.