Tramp qarşıdurmanı zəiflətdi

17 Aprel 2020

Amerika prezidenti dünən açıqladığı planda, sərt həyat şərtlərinin aradan qaldırılması qərarını ştatların əlindən almaqdan imtina edib.

Tramp qarşıdurmanı zəiflətdi

Ağ Ev tərəfindən cümə axşamı yayımlanan planda, iqtisadi və ictimai məhdudiyyətlərin aradan qaldırılmasına dair dəqiq tarix müəyyən olunmayıb və qərarı ştatların öhdəsinə buraxıb. Lakin federativ rəhbərlərə infeksiyalarda iki həftəlik azalma trendinin gözlənilməsi təklif edilib. 

Beləliklə, bazar ertəsindən etibarən prezident ilə ştatların prezidentləri arasında başlayan təhdidli qarşıdurma, birincinin geri çəkilməsi ilə nəticələnib. Buna baxmayaraq, Amerika prezidenti Donald Tramp yenə də iqtisadiyyatı tez bir zamanda yüksəltməyə çalışır. 

Qeyd etmək lazımdır ki, Tramp Covid-19 ilə mübarizədə qərar hökmünü öz əlinə almışdır. Amerika konstitusiyasında sosial həyata dair qərarları yalnız ölkənin federativ ştatların prezident və bələdiyyə başçıları verə bilsə də ştatların büdcə siyasətləri və təchizatları mərkəzi hökümətdən asılıdır. Ştatlar kütləvi testlərin tərəfdarıdırlar.