Tramp-Rusiya əlaqələrinə dair araşdırmaçı konqresdə

26 İyun 2019

Amerika prezidenti Donald Trampa qarşı cinayət ittihamları fonunda hökümət ətrafında siyasi risklər qalmaqdadır və iyul 17-də buna aydınlıq gələ bilər.

Tramp-Rusiya əlaqələrinə dair araşdırmaçı konqresdə

Donald Trampın Rusiya ilə əlaqələrinə dair araşdırmaçı Robert Müller ABŞ konqresi qarşısında çıxış etməli olacaq. Müller iyulun 17-də aşağı palatanın hüquq və kəşfiyyat komitəsi qarşısında hesabat verəcək, deyə demokrat hüquq komitəsinin sədri Cerri Nadler tvitter hesabında paylaşıb. Demokratlar uzun müddətdir ki, araşdırmaçını deputatların suallarına cavab verməsinə məcbur edirlər. 


Müller mart ayında işini bitirmiş və ədliyyə naziri Vilyam Barra sirri qalmaqla təqdim etmişdi. Barr isə öz növbəsində martın 24-də hesabatın dörd səhifəlik qısa xülasəsini paylaşmışdı. Aprel ayının ortalarında isə Barr bəzi hissələrin qaralmış vəziyyətində ictimaiyyətə təqdim etmişdi. 


Müller və onun komandası araşdırma zamanı Trampın seçki komandasının Rusiya nümayəndələri ilə əlaqələrinə rast gəlmişdi. Lakin cinayət üçün sübutlar tapılmamışdı. Trampın ədliyyəyə maneə olması sualına qarşısılıq olaraq isə Müller pro və kontra əsaslar gətirir. Barr da prezidentə qarşı cinayət itthamları irəli sürmək üçün əsas görmür.