Tramp təzyiq siyasətinə davam edir

11 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ prezidentinin Meksika ilə müvəqqəti razılaşmasından sonra təhdidlərinə davam edib.

Tramp təzyiq siyasətinə davam edir

ABŞ prezidenti yenidən ticarən münasibətləri fonunda təhdid edib. Tramp Meksikaya qarşı bazar ertəsi tətbiqi son anda ərtələnən 5%-lik idxal rüsumları qarşılığında qonuş ölkənin parlamentindən razılaşdırılan paketin qəbul olunmasını tələb edib. Bununla yanaşı, Meksika tərəfi sərhədin daha sıx mühafizəsi üçün əlavə 6000 əsgər sərhədə yerləşdiriləcəkdir. 45 gündən sonra isə iki ölkə gedişatı yenidən gözdən keçirəcəkdir. Tədbirlər az olarsa, 90 gün ərzində tədbirlər daha da sərtləşdirilə bilər. Meksika tərəfi tədbirlərin uğurlu olacağına əmindir, lakin uğursuzluq şəraitində müzakirələrə və razılaşmalara qarşı da açıq olacağını da bəyan edib.  Qeyd etmək lazımdır ki, iki ölkə arasında miqrasiya ərizələri ilə bağlı da yeni qaydalar tətbiq edilməyə başlanılıb. Meksika prezidenti Andres Manuel López Obrador isə bu gün açıqlamasında ticarət sazişinin ölkə parlamenti tərəfindən gələn həftə qəbul oluna biləcəyini bildirib. 


Çin prezidenti Si Tsinpinə qarşı isə ultimatum qoyulub. Çin hökümət başçısı G20 toplantısında Tramp ilə görüşməsə, Çindən idxal olunan əlavə 300 milyard dollar dəyərində məhsullara qarşı da gömrük rüsumları tətbiq ediləcəkdir. 


Qeyd etmək lazımdır ki, Tramp Meksika ilə razılaşma fonunda ölkəsində də ciddi tənqidlərlə qarşılaşır. Belə ki, aşağı palata sədri Nensi Pelosi prezidentin təhdid üslubunun xarici siyasət üçün uyğun olmadığını və Amerikanın dünyada lider mövqeyinə kölgə saldığını bildirib. 


Tramp bazar ertəsi "CNBC"-yə müsahibəsində Çinin təzyiq altında olduğunu və iqtisadi tarazlığı təmin etmək üçün valyutasını ucuzlaşdırmalı olduğunu deyib.