Tramp təzyiqi davam etdirir...

21 Avqust 2019

ABŞ prezidenti növbəti dəfə tvit hesabından FED-ə ismarıc göndərib.

Tramp təzyiqi davam etdirir...

Tramp təzyiqi davam etdirir... 

ABŞ prezidenti növbəti dəfə tvit hesabından FED-ə ismarıc göndərib. O, faiz dərəcələrinin 1% və daha çox endirilməsinə çağırış edib. Bu gün ABŞ-Yaponiya ticarət danışıqlarının ilk günü kimi investorların diqqətindədir. 

İtaliyada hökümətin istefası avroya olan təzyiqləri artırır. Dünən Almaniya kansleri Angela Merkelin "Brexit" məsələsinə münasibəti funtun məzənnəsində güclü volatilliyə səbəb oldu. 

Bu gün Bakı vaxtı ilə 16.30 və 18.30-da Kanadadan açıqlanacaq İstehlak qiymətləri indeksi və ABŞ-dan açıqlanacaq ikinci mənzil bazarında satışlar, neft ehtiyatında dəyişiklik və 22.00-da açıqlanaq FOMC-nin toplantı protokolu investorların diqqət mərkəzindədir.