Tramp və neftin ucuzlaşması

26 Fevral 2019

Beynəlxalq enerji birjalarında neftin qiymətləri Donald Trampın "OPEC"-ə dair açıqlamasından sonra ucuzlaşmağa başlayıb.

Tramp və neftin ucuzlaşması

ABŞ prezidenti, bazar ertəsi günü “Twitter” üzərindən “OPEC” ölkələrinə şifahi təzyiq etdi. Onun sözlərinə görə, dünya maliyyə bazarlarında neft qiymətlərinin artması qısa müddətlidir. O, təşkilatı "rahatlaşmağa və sakitləşməyə" çağırır.


Bu məlumatın paylaşımı, neftin 3%-dən çox ucuzlaşmasına səbəb oldu.


Mütəxəsislərin fikrincə, Donald Trampın sözləri Səudiyyə Ərəbistanına ünvanlanmış müraciətdir. Səudiyyə Ərəbistanı 7 dekabr müqaviləsi ilə müəyyən edilmiş həddə neft hasilatı həcmini azaldacağını söyləmişdi. ABŞ prezidentinin ifadəsi bu həcmlərin daha dərinləşməsinə mane olur.


ABŞ-da 7 fevralda Nümayəndələr Palatasının hüquqşünasları “No Oil Production and Exporting Cartels Act (NOPEC)” qanununu təsdiqləyiblər. Bu sənəd ABŞ məhkəməsinə OPEK ölkələrinə və neft bazarında kartellə əlaqəli digər ölkələrə qarşı “antitrust” iddiaları nəzərdən keçirmək hüququnu verir.


Qeyd edək ki, yanvarın 1-indən etibarən 6 ay müddətinə qüvvədə olan neft hasilatının azaldılmasına dair müqavilədə iştirak edən ölkələr, martın 18-də Bakıda toplanacaq və sazişin uzadılması barədə qərar qəbul ediləcəklər.