Tramp yeni vergi planını təqdim etməyi planlaşdırır

27 Sentyabr 2017

ABŞ prezidenti Donald Tramp vergi islahatları ilə xaricdə fəaliyyət göstərən şirkətləri ölkəyə qaytarmaq və iqtisadi inkişafı sürətləndirmək istəyir.

Tramp yeni vergi planını təqdim etməyi planlaşdırır

Amerika prezidenti Donald Tramp bu gün uzun müddətdir gözlənilən vergi planını açıqlamağı planlaşdırır. Yeni proqram ilə sahibkarların yükləri azaldılacaq. 

"Nyu York Tyams"-ın verdiyi informasiyaya əsasən, Tramp hüquqi şəxslər üçün vergini 35%-dən 20%-ə endirmək istəyir. Eyni zamanda, fiziki şəxslərə də güzəştlər nəzərdə tutulub. Mənbə onu da bildirir ki, yeni planda qazanan və uduzanlar olacaq, lakin bölgü effektivliyinin təhlili mümkün deyil. 

Qeyd etmək lazımdır ki, Trampın açıqlamalarına görə, o, xaricdə fəaliyyət göstərən şirkətləri ölkəyə qaytarmaq və iqtisadi inkişafı sürətləndirmək istəyir.