Tramp: Yeni vergi qanununun imzalanması bir addımlıqda

04 Dekabr 2017

ABŞ prezidenti Donald Tramp "böyük qələbə" ilə qarşı-qarşıyadır.

Tramp: Yeni vergi qanununun imzalanması bir addımlıqda

ABŞ prezidenti Donald Tramp "tarixi" və hərtərəfli hazırlanmış vergi islahatının reallaşmasına, senatda keçirilən səs vermənin nəticələrindən sonra daha da yaxınlaşıb. İslahat proqramının əsəs mahiyyəti sahibkarlar üçün şəraitin asanlaşdırılmasıdır. Respublikaçılar isə Trampın qanunun imzalanmasına ilin sonuna kimi nail olucağına əmindirlər. Bununla yanaşı, senatda səsvermədəki uğur sabiq müşavir Mikael Flin ətrafında baş verən yeni hadisələrin kölgəsi altında baş verib.

Qərar qanunun lehinə 49 nəfərə qarşı 51 nəfər səs verib. Demokratlardan isə heç kim layihənin lehinə səs verməyib, sadəcə bir respublikaçı əleyhinə səs verib. Tramp isə tvitter hesabında paylaşıb: "Bütün Amerikada işləyən ailələr üçün kütləvi vergi qanunun qəbul olunmasına daha bir addım yaxınlaşdıq". Lakin yeni qanun sahibkarlarla yanaşı varlı amerikalılar üçün də üstünlük olacaq - demokratların əsas tənqidi əsasları.

Tramp yeni qanunu imzalamaq üçün öncədən konqresin nümayəndələr heyətinin razılaşdırdıqları təqdimat ilə senatdan keçən təqdimat orta məxrəcə gətirilməlidir. Fərqlərin kifayət qədər də olmasına baxmayaraq, əsas mahiyyət üst-üstə düşür. 

Qeyd etmək lazımdır ki, yeni vergi qanunu Trampın bu günə kimi yeganə ən böyük uğuru hesab edilir. Yeni planda sahibkarlardan tutulan vergilərin 35%-dən 20%-ə kimi azaldılması təklif edilir. 1986-ci ildən sonra ən böyük vergi islahatı olan, bu plan imzalanarsa, Tramp üçün "Obamacare" səhiyyə proqramının ləğvi prosesinin uğursuzluğundan sonra ən böyük uğur sayılacaqdır. Donald Tramp "vergi oasis"-ləri ilə də mübarizəyə davam etmək istəyir. O, burada fəaliyyət göstərən şirkətlərə də vergilərin tətbiq edilməsini istəyir.