Tramp yenidən FED-ə "hücum" edib

04 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Donald Trampın iqtisadiyyatın cari vəziyyəti haqqında şərhində FED-i də tənqid etməsi diqqətlərdən yayınmayıb.

Tramp yenidən FED-ə "hücum" edib

Amerika prezidenti Donald Tramp Amerika mərkəzi bankının (FED) siyasətini yenidən tənqid edib. 


Tvitter hesabında cümə axşamı yenidən paylaşım edərək, "FED-in lazımsız və dağıdıcı tədbirlərinə baxmayaraq, iqtisadiyyat güclüdür. Bununla yanaşı, Çin ilə danışıqlar davam edir və inflyasiya və nikbinlik yüksəkdir", deyə Tramp iqtisadi vəziyyəti şərh edib.


Qeyd etmək lazımdır ki, Trampın fikirlərindən bir neçə saat əvvəl, FED idarə heyətinin üzvü Kaşkari prezidentlərinin fikirlərində azad olduqlarını, lakin əməkdaşlarının və özünün işlərində bu fikirləri nəzərə almadıqdlarını bildirib.