Trampa qarşı hücumlar genişlənir

26 Sentyabr 2019

Dünya maliyyə bazarlarında Amerika höküməti ətrafında qeyri-müəyyənliyin artması, investorların risk iştahına da mənfi təsir edir.

Trampa qarşı hücumlar genişlənir

Amerika demokratları Donald Trampa qarşı itthamları yeni açıqlamalarla sərtləşdirmək istəyirlər və prezidentə qarşı mümkün impiçmentin elan edilməsinə çalışırlar. Belə ki, Demokratlar partiyasının üzvləri bir kəşfiyyat işçisinin şikayətlərini ictimailəşdirməyə can atırlar. Sözügedən şəxs ABŞ prezidenti ilə Ukrayna prezidenti arasında mübahisəli telefon danışıqlarını gündəmə gətirmişdir. 

Beləliklə, cümə axşamı parlamentin aşağı palatasının kəşfiyyat komitəsi qarşısında kəşfiyyat idarəsinin koordinatoru Yozef Mequar dindiriləcəkdir. 

Qeyd etmək lazımdır ki, parlamentin aşağı palatasında demokratlar Trampa qarşı impiçment hazırlığına başlayıblar. Deputatlar respublikaçını konstitusiya pozuntusu ilə ittiham edirlər. İttiham Trampın ukraynalı prezindet Vladimir Zelenskidən tələbləri ilə əlaqədardır. Amerika prezidenti demokrat Co Baydenə qarşı Ukraynadan ona zərər verə biləcək araşdırma aparmasını tələb edib. Bayden bu gün 2020-ci il prezident seçkisi üçün Demokratların güclü namizədi sayılır. Tələbin qarşılığında isə Amerika höküməti detalları məlum olmayan vədlər verib. 

Bütün bunlar Ağ Evin çərşənbə günü telefon danışığına dair açıqladığı protokolda göstərilib.