ABŞ-dan Türkiyəyə qarşı sanksiya paketi

19 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin pozulmasına səbəb ola biləcək xəbərlər diqqət mərkəzində.

ABŞ-dan Türkiyəyə qarşı sanksiya paketi

Tramp administrasiyası S-400-lər aldığı üçün Türkiyəyə iyul ayında 3 yeni sanksiya paketi tətbiq etməyi düşünür. 


“Blumberq” agentliyinin verdiyi məlumata əsasən, ABŞ Milli təhlükəsizlik şurası, Dövlət departamenti və Maliyyə nazirliyi bu haqda müzakirələr aparır. 


Rusiya ilə biznes aparan şirkətlərə qarşı "CAATSA" qanunu çərçivəsində Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən bəzi şirkətlərə qarşı sanksiya tətbiqinin daha çox dəstək qazandığını bildirib. Bu sanksiyalarla sözügedən şirkətlərin ABŞ maliyyə sistemindən kənarlaşdırılması ilə xammal alışının və satış imkanlarının qarşısı alınır.