Trampın divar tikintisinə qarşı şikayət təqdim edilib

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ höküməti ətrafında siyasi risklərin artması, treyderlərin diqqət mərkəzindədir və dollara mənfi təsir edə bilər.

Trampın divar tikintisinə qarşı şikayət təqdim edilib

ABŞ prezidentinin Meksika ilə sərhəddə divarın tikintisi planlarına qarşı müqavimət getdikcə artır. Cümə axşamı 16 ştatdan ibarət koalisiya (Kaliforniya və Nyu Meksiko da daxil) Donald Trampın fövqəladə vəziyyət elan etməsinə qarşı şikayət ediblər. Prezident fövqəladə vəziyyət ilə alternativ maliyyə vəsaiti cəlb etməyə çalışır. 


Donald Tramp konqresdən 5.7 milyard dollar tələb etməsinə baxmayaraq, demokratların müqaviməti ilə konres yalnız 1.375 milyard dollar üçün razılıq verib. Fövqəladə vəziyyət isə parlamentin razılığı olmadan prezidentə divarın tikintisi üçün əlavə vəsaitin cəlb edilməsinə imkan verir. 


Ağ evin açıqlamasına əsasən, 6 milyard dollardan çox ən böyük vəsait müdafiə ehtiyatından ayrılacaqdır. Bu ehtiyat tikinti məqsədləri və narkotiklər mübarizə üçün nəzərdə tutulmuşdur.