Trampın hücumları bazarları zülmətə çevirdi

06 May 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında gərginliyin yenidən artması, maliyyə alətlərin ucuzlaşmasına səbəb olub.

Trampın hücumları bazarları zülmətə çevirdi

Maliyyə bazarlarında yeni həftənin əvvəlində həm fyuçers və indekslər, həm də neft və digər maliyyə alətlərində dollar qarşısında sürətli eniş müşahidə olunur. Buna səbəb ABŞ prezidenti D. Tarmpın Tvitter səhifəsindəki paylaşımı oldu.


ABŞ prezidenti bildirib ki, o, Çinin bu məsələlər ilə bağlı “bazarlıq” etməsindən yorulub və Kitaydan idxal olunan malların siyahısını genişləndirilməsi və faizlərin artırılması qərarına gəlib.


Son 10 ay ərzində Çin yüksək texnologiyaya görə 50 milyard dollar dəyərində 25 faiz, digər məhsullarda isə 10 faiz, 200 milyard dollar ödəyib. Bu ödənişlər qismən böyük iqtisadi nəticələrimizin səbəbidir. 10% cümə günü 25%-ə qalxacaq ", deyə Tramp yazırdı. "... Çin bizə göndərdiyi 325 milyard dollar dəyərində mallar ödəniş deyil, amma tezliklə 25% öhdəliyinə tabe olacaqlar".