Trampın Şimali Koreya açıqlaması

06 Fevral 2019

Dünya maliyyə bazarlarında ABŞ prezidemti Donald Trampın Şimali Koreya lideri ilə yenidən görüşəcəyi açıqlaması da diqqət mərkəzindədir.

Trampın Şimali Koreya açıqlaması

Amerikada federal hökumətin bağlı olması səbəbiylə təxirə salınan yanvarın 29-u baş tutmalı olan “Birliyin vəzyyəti” toplantısı, dünən baş tutub. Trampın həyat yoldaşı Melania Trampın da iştirak etdiyi toplantıda, ölkənin müxtəlif yerlərindən tanınmış simalar olub.


ABŞ prezidenti D.Tramp isə konqressdəki “Birliyin Vəziyyəti” toplantısında Şimali Koreya lideri Kim Jong ilə fevral ayının 27-28-ində Vyetnamda görüşəcəyini açıqlayıb.


Xatırladaq ki, iki ölkə başçısının ilk və yeganə görüşü 19 iyun 2018-ci ildə Sinqapurda təşkil olunmuş tarixi zirvədə baş tutmuşdu.