TRY, EUR bahalaşır, Qızılın qiyməti və inflyasiya

07 İyun 2018

AB-də və Türkiyədə siyasi risklərin azalması, avro və lirənin bahalaşmasına təsir edib. Qızıl isə bir neçə həftədir dar dəhliz daxilində ticarət edilməkdə.

TRY, EUR bahalaşır, Qızılın qiyməti və inflyasiya

Avroda ikinci korreksiya dalğası 1.19$-a kimi. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.18$-a kimi bahalaşıb və 1.1750$-ın üzərində qaldıqca, 1.19$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. İtaliyada siyasi gərginliyin qismən azalması, avronun bahalaşmasına təsir edtməkdədir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da yayımlanacaq Avrozonanın birinci rüb üzrə iqtisadi inkişaf göstəriciləri də böyük maraqla gözlənilir. 


USD/TRY 4.38TL-ə kimi ucuzlaşa bilər. 

Türkiyə maliyyə bazarlarında da dolların qiyməti cari həftə ərzində 4.54TL-ə kimi 3% ucuzlaşıb. Təhlillərə əsasən məzənnə 4.53TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.38TL-ə kimi də ucuzlaşa bilər. Eyni zamanda, saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.


Qızılın gələcək qiyməti inflyasiyadan asılıdır. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti may ayının ortalarından etibarən 1290 və 1302$ aralığında dalğalanmaqdadır. Beləliklə, uzun müddətli perspektivdə növbəti istiqamət sözügedən yuxarı və ya aşağı trend xətlərinin qırılması ilə müəyyən olunacaqdır. Bu isə Amerikada inflyasiyanın inkişafından asılı olacaqdır.