TRY fundamental xəbərlər fonunda

25 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Türkiyə arasında iqtisadi bir yaxınlaşmanın olması xəbərləri investorların diqqət mərkəzindədir.

TRY fundamental xəbərlər fonunda

Çərşənbə axşamı dünya mediasında Türkiyənin Rusiyadan S400 almasından sonra ABŞ-Türkiyə münasibətlərini yumşaltmaq üçün tərəflərin ciddi addım atacağı deyilir. 

İki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollar həcmində olacağı ilə bağlı gözləntilər var. Digər tərəfdən Türkiyə prezidenti R. T. Ərdoğanın ABŞ prezidenti D. Tramp ilə ikili görüş keçirəcəyi ilə bağlı gözləntilər də gündəm mövzusudur. 

Hazırda 1 dollar 5,71 türk lirəsi olaraq mübadilə edilməkdədir.