TRY/JPY: "Buğalar" 21.150 yenin qırılmasını gözləyir

12 Fevral 2019

Yen/Lirə valyuta cütlüyünün qiymətində müşahidə edilən bahalaşma, 21.15 yenin qırılması ilə nəticələnərsə, əlavə imkanlar yarada bilər

TRY/JPY: "Buğalar" 21.150 yenin qırılmasını gözləyir

İlin əvvəlindən Yaponiya yeni qarşısında bahalaşmağa başlayan lirə, artım trendini qorumaqda davam edir. 


Bunun üçün TRY/JPY qiymətinin ilk müqavimət həddi - 21.150 yen üzərində möhkəmlənməsi lazımdır. Bu hədd qırılacağı təqdirdə, növbəti müqavimət hədləri kimi 21.350 və 22.012 qiymətləri çıxış edir.